“Sevinirəm ki, bu ilki ad günümü qələbə sevinciylə qeyd edirəm. Bir sözlə, bu ilki doğum günüm çox fərqlidir”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Toğrul Əsədullayev deyib. Kamança ifaçısı öz xoş təəssüratlarını bizimlə bölüşüb:
“Bu gün doğum günümü çox yaxşı təəssüratlarla qeyd edirəm. Səhər açılandan dostlar zəng vurur, sosial şəbəkələrdə məni təbrik edirlər. Təbii ki, bütün bunlar məni sevindirir, şad edir. Sevinirəm ki, bu ilki ad günümü qələbə sevinciylə qeyd edirəm. Bir sözlə, bu ilki doğum günüm çox fərqlidir.
Kamança ifaçısı ona göstərilən diqqət və qayğıya görə dövlətimizə də təşəkkür edib:
“33 yaşımda əməkdar artist fəxri adına layiq görülmüşəm. Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam, prezident mükafatçısıyam, Heydər Əliyev Fondunun təqaüdçüsüyəm. Dövlətimiz mənə çox böyük diqqət və qayğı göstərib. Bütün bunlara görə ölkə rəhbərliyimizə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, T.Əsədullayev 1982-ci il martın 11-də Bakı şəhərində musiqiçi ailəsində anadan olub.