“Hiss edəndə ki, o yerlər uçsa da, dağılsa da, yerlə-yeksan olsa da sənin ana yurdun, doğulduğun, gəcliyinin keçdiyi yer azaddır, onda adam özünü daha rahat hiss edir”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov deyib. Bu gün doğum gününü qeyd edən aktyor özünü xoşbəxt hiss etdiyini bildirib:
“Təbii ki, doğum günü olanda insan bir keçmişə baxır, istər-istəməz adamın doğulduğu yurd yeri yadına düşür. Hiss edəndə ki, o yerlər uçsa da, dağılsa da, yerlə-yeksan olsa da sənin ana yurdun, doğulduğun, gəcliyinin keçdiyi yer azaddır, onda adam özünü daha rahat hiss edir. Ona görə də son 30 ildə bu ad günüm çox xoşuma gəldi. Altmış illiyimdə dostlarım təklif etdilər ki, yubileyimi keçirsinlər, hətta yer də danışdılar, amma dedim ki, yox qardaş, bu ürəyimcə deyil, torpağım azad deyilsə, necə özümə təmtəraqlı ad günü keçirim? Ona görə yurumun azad olunması mənim üçün çox əhəmiyyətlidir. Allah ordumuzu qüvvətli, dövlətimizi, camaatımızı xoşbəxt eləsin. Şükür Allaha çox şadam, çox rahatam”.
Qeyd edək ki, Əməkdar artist Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub.