Vaksinin 3-cü dozası da vurulacaq? - AÇIQLAMA - VİDEO
Peyvəndin ikinci mərhələsində dozanın daha çox olması barədə fikirlər tamamilə yanlışdır.
AXİN.AZ xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
O bildirib ki, peyvənd hər iki mərhələdə eyni dozada tətbiq olunur:
"ÜST-ün tövsiyəsi var ki, ilk doza hansı peyvəndlə başlanılıbsa, ikinci doza da o olsun. Burada birinci və ikinci doza arasında fərq yoxdur və onlar standart formada hazırlanmış məhlullardır".
Millət vəkili qeyd edib ki, peyvəndin 3-cü dozasının tətbiqi barədə fikirlər səsləndirilir:
"Hətta səhiyyə avtoritetləri arasında vaksinin 3-cü dozası barədə bəzi fikirlər səsləndirilir. Bu barədə araşdırmalar gedir. Hazırda isə iki doza peyvəndlə biz bir il ərzində dayanıqlı immunitet formalaşdıra bilirik"./BAKU.WS