İngilis elm adamları sağlamlıq problemi olan çox az sayda yaşlı Covid-19 xəstəsinin ilk doza "Pfizer" və ya "AstraZeneca" peyvəndi olunduqdan sonra öldüyünü açıqlayıb. Bununla birlikdə, peyvəndlərin ciddi xəstəliklərin və ölümlərin qarşısını böyük ölçüdə aldığı vurğulanıb. SİA aparılan araşdırmanı təqdim edir.
Hər iki peyvəndin effektivliyini artırmaq üçün daha iki dozaya ehtiyac var, lakin İngiltərədə daha çox insanı peyvənd etmək üçün iki doza arasındakı vaxt müddətini artırıb.
İngiltərədə xəstəxanaya yerləşdirilən Covid-19 xəstələri ilə bağlı məlumatları araşdıran elm adamları peyvəndin 100 faiz qoruma təmin etmədiyini və ağır yoluxmuş bəzi xəstələrin vaksinasiya olunmasına baxmayaraq öldüyünü bildirib.
İngiltərədə yayımlanan araşdırmanın nəticələrinə görə, xəstəxanada Covid-19 müalicəsi alan 52 mindən çox xəstədən 526-nın ən azı üç həftə əvvəl ilk "AstraZeneca" və ya "Pfizer"in ilk dozası ilə vaksinasiya edildiyi aşkarlanıb. Həmin xəstələrdən 113 nəfər ölüb.
Liverpul Universitetinin epidemiya tibb professoru Kalum Sempl "Ölümlər daha çox ağır xəstəlik riski olan qrupda, yəni yaşlılarda olur. Vaksinin təsirli olmadığını söyləmirik. Əslində bu peyvəndin ümumi ictimaiyyətdə təsirli olduğuna yaxşı bir dəlildir, lakin bu həm də vaksinin mükəmməl olmadığını göstərir"- deyə vurğulayıb.
Covid-19-a yoluxmalar 20 dəfə daha azdır
İngilis Milli Statistika Ofisi (ONS) İngiltərədəki Covid-19 yoluxmalarının keçən ilin sonunda görülən səviyyələrə qayıtdığını söyləyərək təxminən min nəfərdən birində infeksiya olduğunu açıqlayıb. Statistika İdarəsi, yoluxmaların yanvar məlumatlarına görə 20 qat daha az olduğunu da bildirib.
İngiltərədə indiyədək 48 milyon 140 min adama ən az bir doza peyvənd vurulub. Ölkədəki yetkinlərin dörddə biri də ikinci peyvəndi olunub.
Xalq Sağlamlığı təşkilatı tərəfindən bu ayın əvvəlində aparılan başqa bir araşdırma isə mart ayının sonunda vaksin sayəsində 60 yaşdan yuxarı yaş qrupunda ən az 10 min ölümün qarşısını aldığını ortaya çıxarıb.