Ölkə ərazisində yanvar ayından başlanan vaksinasiya prosesi hələ də davam edir. Bildiyimiz kimi, vaksinasiya prosesi iki mərhələli olaraq həyata keçirilir. Birinci mərhələdə vaksinin ilk dozası, ikinci mərhələdə isə digər doza bədənə vurulur.
Bəs tək doza virusdan qorunmaq üçün yetərlidirmi?
Bununla bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
"Vaksin iki dozada vurulur. Birincisi test doza, ikinci tam dozadır. Ona görə də bunların biri yetərli deyil. Hazırda tək birdəfəlik vurulan vaksinlər də var, amma burada əsas məqsəd immunitet yaratmaqdır. Ona görə də bu iki doza kliniki testlərdən keçmiş və özünü doğrultmuş bir sxemdir. Buna da əməl edilməlidir. Mövcud vaksinlərdə bir doza virusdan qorunmaq üçün yetərli deyil."