Bakının Təbriz küçəsində əks yola çıxaraq digər sürücülər üçün qəza şəraiti yaradan avtomobil kameraya düşüb
“Axin.az”in məlumatına görə, görüntüləri E.Aminov adlı istifadəçi sosial şəbəkədə paylaşıb.
Görüntülərdən aydın olur ki, “Toyota” markalı 90-MC-007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilk qoşa xəttin tələblərini pozub əks yola çıxıb, daha sonra sağa və sola qəfil manevrlər edib.