Aparıcı Mətanət Əliverdiyevanın "Space" telekanalındakı "Mətanətli səhər" adlı proqramı artıq uzun müddətdir yayımlanmır.
Axşam.az xəbər verir ki, o, açıqlamasında studiyada dekorasiya dəyişikliyi etmək üçün qısa fasilə verdiyini, proqramın yaxın günlərdə yenidən yayımlanacağını demişdi. Artıq 1 aydan çoxdur ki, sözügedən telekanalda səhər verilişi yayımlanmır.
Əldə etdiyimiz məlumata görə, M.Əliverdiyeva artıq səhər verilişinə aparıcılıq etməyəcək. Belə ki, "Space" səhər proqramı üçün dörd aparıcı ilə anlaşıb. Verilişi Afət Abdullayeva, Anar Cəfərov, Aygün Akif, Elgün Hüseynov aparacaq. Hazırda layihə üzərində hazırlıq işləri gedir.
Qeyd edək ki, Afət və Anar uzun müddət ATV-də çalışıblar. Anar fəaliyyətini daha sonra "Xəzər TV"də davam etdirib. Afət tamaşaçılara "Şarm" və "Xalq ulduzu" proqramlarından tanışdır. O, müğənni Elvin Abdullayevlə ailəlidir.