İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.
“Qafqazinfo” xəbər verir ki, 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.
Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.
Qeyd edək ki, yarışmanın finalı mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.
Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.