Yeni yayımlanmağa başlayan "Masumiyet" serialında dəyişiklik edilib.
AXIN.AZ axşam.az-a istinadən bildirir ki, ekran işinin quruluşcu rejissoru Ömür Atay layihədən ayrılır.
Buna səbəb rejissorun Almaniyada çəkəcəyi yeni filmidir.
Atay 8-ci bölümdən etibarən öz vəzifəsini rejissor Aytaç Çiçeyə həvalə edəcək.
Qeyd edək ki, serialda Hülya Avşar, Mehmet Aslantuğ, Deniz Çakır, İlayda Alişan və Serkay Tütüncü və başqa aktyorlar rol alırlar.