Aktyor Nicat Rəhimov müğənniləri sosial şəbəkədə yalançı paylaşımlar etməkdə günahlandırıb.
Axin.az xəbər verir ki, sənətçi "X maqazin"ə açıqlamasında koronavirusu Allahın bəlası adlandırıb:
"İşlərimiz, çəkilişlərimiz dayanıb. Ümid edirik tezliklə bitər, biz də işimizin başına qayıdarıq. Müğənni var ki, "evdə qal" videosu paylaşır, amma özü çöldə gəzir.
Bir vaxtlar hamı restoranlarda otururdu, yeməkləri paylaşırdı. Bunların heç vaxt tərəfdarı olmamışam. Yaxşı deyildi... Virus sübut etdi ki, xəstəlik varlı-kasıb bilmir.
Allahın qəzəbinə gəldik. O şeyləri edənlər gördü ki, insana can sağlığı lazımdır, başqa hər şey boşdur".