"Xəzər" telekanalında və radiosunda gənc, savadlı, mədəni, danışığını bilən və özünü efir mədəniyyətinə uyğun aparmağı bacaran estrada müğənnilərinin daxil olduğu bir qara ödənişli siyahı var. Guya bu müğənnilər pul ödəyib, orada verilişlərə çıxa bilər".
Axin.az xəbər verir ki, bu sözləri müğənni Sevinc Musayeva sosial şəbəkədə yazıb. Sənətçin "Xəzər TV"yə rəhbər seçilən Xalq artisti Murad dadaşova müraciət ünvanlayıb:
"Bu müğənnilər hər gün efirə dəvət alan savadsız, danışığını, özünü mədəni apara bilməyən ifaçılardan qat-qat az qazanır. Bu tərsliyi düzəltməyin vaxtıdır. Yerləri səhv düşənləri zəhmət olmasa öz yerinə qoyun.
Həmin pullu siyahını üzə çıxarın. O qara və ödənişli siyahıya 100 minlik avtomabili olan müğənniləri daxil edin. Kasib, mədəni, savadlı, musiqi zövqü yüksək olan ifaçılara da efir verin. Həm tamaşaçıların qulağının pası açılsın, həm də özəl kanal olaraq daha çox qazanın".