"Bizim səhnəmizə otel qapılarında gəzən müğənnilər lazım deyil".
Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ceyhun Qala "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişində deyib.
O, müğənni həmkarlarının bəziləri haqda şok ittihamlar səsləndirib:
"Bizim səhnəmizə otel qapılarında gəzən müğənnilər lazım deyil. Bizə sivil ailədən çıxan müğənnilər lazımdır. Bu gün müğənni adından istifadə edənlər çoxdur. Bizə sual verirsiz ki, niyə efirlərə çıxmırıq. Elələrinin ucbatından çıxmırıq. Çünki pisin badına yaxşı da gedir".