Axar.azAZRUENآذ
Xamenei Trampın qanlı fotosunu paylaşdı
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Ali dini lideri Əli Xameneinin veb səhifəsi ABŞ Prezidenti Donald Trampın üzünə “qanlı şillə” vurulmuş fotoşəkil yayımlayıb.
Axin.az xəbər verir ki, fotoya “Hərbi əməliyyat kifayət deyil, ABŞ-ın varlığına son qoyulmalıdır” qeydi yazılıb.
Saytda eləcə də Xameneinin fikirləri yer alıb:
“ABŞ bölgəyə müharibə, anlaşılmazlıq, dağıntılar gətirdi, region ölkələri və xalqları ABŞ-ın varlığını rədd edir. ABŞ-a ağır zərbə vurduq, lakin Süleymaninin intiqamı başqa bir mövzudur”.
Xatırladaq ki, dini lider ABŞ-ın üzünə şillə vurduqlarını bəyan etmişdi.