Limitin yenilənməsi ilə bağlı “Azəriqaz”dan açıqlama - VİDEO
İqtisadiyyat / Video
24-12-2022, 14:20
Qaz limitinin yenilənməsi ilə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlama verib.
Şöbə rəisi bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə artıq smart-kart sayğaclarda limitlərin yenilənməsi avtomatik həyata keçirilir:
“Hazırda Azərbaycanda smart-kart sayğacdan istifadə edən abonentlərin sayı 1 milyona yaxındır. Yəni o abonentlərin limiti ayın birinə keçən gecə həll olunacaq. Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”.