Türkiyәnin Azərbaycandakı səfiri Cahit Bağcı KOBİA-da olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Axın.az-a verilən məlumata əsasən, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyәnin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı arasında görüş keçirilib.
Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına, KOB-ların iştirakı ilə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.