2020-ci ildə Azərbaycan müxtəlif təyinatlı 46 ədəd avtomobil ixrac edib.
Sfera.az bildirir ki, avtomobil ixracı 2019-cu ilə nisbətən 15 ədəd azalıb. İki il əvvəl 61 ədəd avtomobil ixrac edilmişdi.
2020-ci ildə ixrac edilən avtomobillərin dəyəri 1,214 milyon dollar olub. Azərbaycanın satdığı avtomobillərin çoxu minik avtomobillərindən ibarətdir. İxrac olunan minik avtomobillərinin sayı 19 ədəddir. Minik avtomobilləri ilə bərabər 10 ədəd traktor, 5 ədəd yük avtomobili, 12 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi xaricə satılıb.
Xatırladaq ki, Azərbaycan ən çox avtomobili 2016-cı ildə ixrac edib. Həmin dövrdə xaricə 515 ədəd avtomobil satılıb.