MLS-in “İnter Mayami” klubunun təmizlik xidmətinin əməkdaşı Kristian Salamanka hücumçu Lionel Messidən avtoqraf aldığına görə tutduğu vəzifədən qovulub.
Məlumata görə, Salamanka Messi ilə stadionun dayanacağında görüşüb, bundan sonra onu səsləyib.
“İş paltarımın düymələrini açdım, altında Argentina yığmasının köynəyi var idi. O imzaladı, sonra mühafizə gəlib məni işdən çıxardı. Lakin buna dəyərdi”, - Salamanka bildirib.