Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA
İdman
1-04-2023, 11:00
Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.
İngiltərə Premyer Liqasında turun mərkəzi oyunu “Mançester Siti” və “Liverpul” arasında birincilərin meydanında keçiriləcək. Bu gün təşkil olunacaq matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Lider “Arsenal” isə saat 18:00-da öz meydanında “Lids”i sınağa çəkəcək.
Almaniya Bundesliqasında çempionluğa əsas iddialılar - “Bavariya” və “Borussiya” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu gün Münhendə keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.
İtaliya A Seriyasında son çempion və hazırkı lider üz-üzə gələcəklər. Əla mövsüm keçirən “Napoli” sabah keçiriləcək oyunda “Milan”ın müqavimətini qırmağa çalışacaq. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.
İspaniya La Liqasında “Barselona” “Elçe” səfərinə yollanacaq, “Real” isə öz meydanında “Valyadolid”i sınağa çəkəcək.
Fransa Liqa 1-də turun mərkəzi oyunu PSJ və “Lion” arasında Parisdə keçiriləcək.
Türkiyə Super Liqasında bu həftə derbi var. “Fənərbağça” və “Beşiktaş” sabah birincilərin meydanında güclünü müəyyənləşdirməyə çalışacaqlar. Matç Bakı vaxtı ilə 21:30-da start götürəcək. Lider “Qalatasaray” isə bu gün “Adana Demirspor”u sınağa çəkəcək.