Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
“Report”un məlumatına görə, idmançımız 1/16 finalda İsveçrə təmsilçisi Daniel Eyxə qalib gəlib. Kotsoyev daha sonra qazaxıstanlı Nurluxan Şarxanı mübarizədən kənarlaşdırıb və 1/4 final mərhələsinə yüksəlib.
100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində son dünya çempionu Jorje Fonsekaya (Portuqaliya) qalib gəlib.
09:56
Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Axın.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gələcək.
İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.