İspaniyanın “Barselona” klubunun azarkeşləri komandanın baş məşqçisi Ronald Kumanın oyun sxeminə və La Liqanın V turunda Kataloniya təmsilçisinin “Qranada” ilə qarşılaşmada qazandığı nəticəyə (1:1) etiraz ediblər.
Azarkeşləri, xüsusən, Ronald Kumanın əvəzetmə nəticəsində meydana buraxdığı müdafiəçi Jerar Pikeni mərkəz hücumçusu kimi oynatması hiddətləndirib.
Klubun azarkeşləri öz narazılığını sosial şəbəkələrdə bildirib. Onlar niderlandlı məşqçinin öz işinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar, 57 yaşlı mütəxəssisin istefasını tələb ediblər.
Mənbə: “Daily Star”