UEFA prezidenti Aleksander Çeferin FIFA-nın iki ildən bir dünya çempionatı təşkil etmək planını dəstəkləmir.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Çeferin FIFA prezidenti Canni İnfantino və ali futbol qurumunun bu mövzuda əlaqə qurmaq istəməməsindən narahatdır.
Sloveniyalı funksioer narahatlığını Avropadakı azarkeş qruplarını birləşdirən FSE təşkilatının direktoru Ronanu Eveyniyə ünvanladığı məktubda ifadə edib: "FIFA-nın bu ideyanı təbliğ etmək üçün artıq kampaniya başlatması təəccüblüdür. Halbuko təkliflər rəsmi olaraq irəli sürülməyib".