Azərbaycanı Paralimpiya Oyunlarında təmsil etməli olan taekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub.
Axın.az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən dünya çempionumuz Paralimpiya Oyunlarında sentyabrın 4-də dayanq üzərinə çıxa bilməyəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçumuz Ramil Qasımovun koronavirus testi pozitiv çıxdığından, güləşə bilməmişdi.
Səbuhi Musayev