“Çox şükür ki, çempion oldum. Məqsədim qızıl medal qazanmaq idi”.
Axın.az-ın xəbərinə görə, bunu Tokioda Paralimpiya çempionu olan cüdoçu Vüqar Şirinli bildirib.
O, çempionluq sevinclərini bu formada izah edib:
“Çox şükür ki, Tokioda bayrağımızı qaldırdım. Mənim üçün ikiqat bayramdır. Həm Qarabağda qələbəmiz münasibəti ilə, həm də özümün Paralimpiya çempionu olmağım münasibəti ilə çox sevincliyəm”.
Qeyd edək ki, Vüqar Şirinli cüdoçu Şahanə Hacıyeva və üzgüçü Roman Saleydən sonra Azərbaycana üçüncü qızıl medalı qazandırıb.
Səbuhi Musayev