Olimpiya çempionumuz Şərif Şərifov bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.
Axın.az xəbər verir ki, buna onun ilk görüşdə uduzduğu Abdulrəşid Sadullayevin finala çıxması imkan yaradıb.
Beləliklə, Şərif Şərifov sabah Elizbar Odikadze (Gürcüstan) ilə qarşılaşacaq. Ona qalib gəlsə, Reyneris Salasla (Kuba) bürünc medal görüşünə çıxacaq.
07:12
Azərbaycanın sərbəst güləşçisi, Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Axın.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Olimpiya, dördqat dünya və dördqat Avropa çempionu Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.
Gözlənildiyi kimi, Şərif Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Abdulrəşid Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi bürünc medal üçün təsəlliverici görüşə qatılacaq.