"Bavariya"nın futbolçusu David Alaba klub rekorduna imza atıb.
Sport7.az xəbər verir ki, 28 yaşlı müdafiəçi buna ötən gün Bundesliqanın 27-ci turunda "Leypsiq"lə matçda (1:0) iştirak etməklə nail olub. O, komandanın heyətində yerli çempionatda 274-cü oyununa çıxıb. Avstriyalı futbolçu bununla da Frank Riberini geridə qoyaraq (273), klubun Bundesliqada əcnəbilər arasında ən çox matç keçirən oyunçusu olub.
Alaba mövsümün sonunda azad agent kimi Bayern-dən ayrılacaq.