Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Axin.az "Report"-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Ramazan Abdulaevlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Məmmədsoy finala yüksəlib. Eyni çəkidəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzub.
66 kq-dakı Avropa çempionu Orxan Səfərov 1/8 finalda Amit Boboviçlə (İsrail) bacarmayıb, Nicat Şıxəlizadə isə Petr Jukovu (Rumıniya) məğlub etsə də, 1/4 finalda Artur Tenin (Qırğızıstan) müqavimətini qıra bilməyib. O, təsəlliverici görüşdə iştirak hüququ qazanıb.