Premyer Liqaya hazırlıqlarını davam etdirən “Neftçi” və “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Axin.az xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Oyun "CBC Sport" telekanalında canlı yayımlanacaq.
10 iyun
Yoxlama görüşü
18:00. “Neftçi” - “Keşlə”
“Bakcell Arena”
Qeyd edək ki, komandalar mövsümün sonuna 8 tur qalmış turnir cədvəlinin qonşu pillələrində qərarlaşıblar. “Neftçi” 37 xalla 2-ci, “Keşlə” 30 xalla 3-cüdür.