Aprelin 30-da Səbail rayonu ərazisində bir nəfər şəxsin içərisində bank kartı olan pulqabısının oğurlanması və həmin kartdan 300 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Gundem.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İsmayıl Mirzəli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.