Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhər 1 saylı orta məktəbdə qeydə alınıb.
Məlumata görə, 2005-ci il təvəllüdlü yeniyetmə mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən 2004-cü il təvəllüdlü yeniyetmədir.
Faktla bağlı araşdırma aparılır.