Bakıda zəncirvari qəza baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Tbilisi prospektində qeydə alınıb.
Həmin ərazidə 4 avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Qəza ilə əlaqədar prospektdə tıxac yaranıb.