Bakı-Qazax yolunda avtomobil qəzası baş verib.
Axın.az-ın məlumatına görə, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.
Qəza zamanı iki minik avtomobili toqquşub. Zərbədən sonra avtomobillərdən biri yolun kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan bir ailənin 3 üzvü - Araz Abdullayev, Əkbər Abdullayev və Saygül Abdullayeva xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İlhamə Əbülfət