Bir ailənin 6 üzvü qəzada yaralandı

Hadisə
3 Mar 2021
17:12


Kürdəmirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili ilə “KamaZ” markalı yük maşını toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alıb. Xəsarət alanlar Bakı şəhər sakinləri-Mustafayev Mübariz Əhməd oğlu, Mustafayeva Leyla Yasin qızı, Mustafayeva Dursun Məhəmməd qızı, Mustafayeva Bəsti Məhəmməd qızı, Mustafayeva Nəzrin Xəyyam qızı və İbrahimova Təravət Yasin qızıdır.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.