axin.az

SON DƏQİQƏ

Xocavənddə Azərbaycan əsgərinin minaya düşməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

21-09-2021, 16:24



Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

Axın.az xəbər verir ki, bu barədə Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur:

“Bütün KİV və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA