axin.az

SON DƏQİQƏ

Ermənistan Ordusunun 2 əsgəri döyülərək öldürüldü

22-04-2021, 13:31



Ermənistan ordusunda mövcud olan neqativ hallar, qanunsuzluqlar səbəbindən bu il hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlərin sayının artması əsgər valideynləri arasında ciddi narazılıqlara səbəb olub.

AXİN.AZ xəbər verir ki, yayılan məlumatlarda eyni gündə Ermənistan ordusunun daha iki əsgərinin “dedovşina"nın qurbanı olduğu bildirilib.

Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyanın daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldükləri faktı ortaya çıxıb.

A.Qabrielyan daha amansızlıqla döyülərək ağır bədən xəsarətləri aldığı üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qaldıqdan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib.

Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan S.Saakyan və A.Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən boyun qaçırıblar.

Faktla bağlı rəsmi məlumat verilməsə də, hərbi polis tərəfindən araşdırmalar davam etdirilir. (Azərtac)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Kasım 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA