Suriyanın İdlib şəhərində Rusiya qırıcılarının təşkil etdiyi hava hücumu nəticəsində 26 dinc insan həyatını itirib. Çox sayda yaralı var.
Axin.az xəbər verir ki, Rusiya ordusu hücumu haqda yerli müxalif mənbələr məlumat yayıb. Bildirilir ki, Rusiya hava qüvvələri səhər saatlarından başlayaraq hücumları gücləndirib . Hazırda ərazidə partlayış səsləri eşidilir.
Qeyd edək ki, 5 gün əvvəl Suriya ordusu İranın dəstəklədiyi silahlılarla birgə təhlükəsizlik bölgəsində yerləşən İdlibin cənub və qərb cəbhələri istiqamətində hücuma keçib. Hücumlara görə on minlərlə insan Türkiyə sərhədinə axı edib.