Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
AXİN.AZ yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti rəsmi məlumat yayıb.
Bildirilib ki, iclasda SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri müzakirə edilib.
Gürcüstanın Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.
Görüşdə “SOCAR Energy Georgia”nın baş icraçı direktoru Mahir Məmmədov da iştirak edib.