Suraxanı rayon Hövsan qəsəbəsində küçə ticarəti ilə məşğul olan şəxslər arasında insident yaranıb.
AXİN.AZ xəbər verir ki, insident iki şəxs arasında yer üstündə baş verib.
Küçə ticarətçiləri bir-birinin içi meyvə-tərəvəzlə dolu olan yeşiklərini dağıdıb. Ərazidən keçən şəxslər tərəfindən insident sakitləşdirilib.
Qeyd edək ki, Hövsan qəsəbəsində “Suraxaniski-Şüşəli bazar” adlanan ərazidə illərdir küçə ticarəti fəaliyyət göstərir.