ÜZÜCÜ XƏBƏR! Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru VƏFAT ETDİ!
Hadisə
25-04-2024, 10:44
Professor Nəsib Quliyev intihar etdi.
Axın.az məlumat verir ki, Nəsib Quliyev Abşeron rayonu ərazisində yerləşən yaşadığı mənzildə özünü odlu silahdan atəş açaraq həyatına son qoyub.
Hadisənin hansı səbəblərdən baş verməsi ilə bağlı hələki tam olaraq məlumat verilməsə də fakt araşdırılır. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Onu da qeyd edək ki, Nəsib Quliyev uzun müddət Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, həmçinin ATU-nun I uşaq xəstəlikləri kafedrasının professor-məsləhətçisi vəzifəsində çalışıb.