– Xoş gördük, Aydın Xan müəllim. Müsahibəyə görə əvvəlcədən sizə təşəkkürlərimizi bildirirk. Bildiyimiz kimi Milli Mədəniyyət insanlar üçün fərqli cür başa düşülə bilər. Bəs bu anlayış fərd olaraq sizin üçün hansı mənanı kəsb edir? Ümumiyyətlə, siz buraya hansı sahələri daxil edirsiniz? Bir kultroloq və yazıçı olaraq sizin bununla bağlı fikirləriniz bizim üçün vacibdir.XXI əsrdə mədəniyyət, sadəcə, incəsənət və yaradıcı sahələri özündə ehtiva edən istiqamət deyil, həm də kulturologiyanın predmeti olaraq estetik-humanitar düşüncəni, bədii-yaradıcı fikri, səsli-görüntülü sənət sərvətlərini, mədəni-tarixi abidələri deyil, həm də, turizm və art-biznesi, kreativ sənayeni və kulturoloji texnologiyaları özündə birləşdirən nəhəng bir istiqaməti özündə cəmləyir. Geo-kultural təsirlər virtual aləmin ən böyük qlobal siyasi alətinə çevrilməkdən ötrü mədəniyyətə tamam yeni baxışları formalaşdırmalı, yeni kreativ-innovativ təşəbbüsləri dəstəkləmək vacibdir. Milli mədəniyyət yalnız indiyə qədər yaradılmış estetik dəyərlər toplusu deyil, həm də planetar düşüncəyə cavab verən yeni təşəbbüslər dəstəklənməli, onların reallaşdırılması üçün xüsusi Mədəniyyətin İnkişaf Fondu yaradılmalıdır!
– Nəyə görə Milli Mədəniyyət sizin üçün önəmlidir? Sizcə, Milli Mədəniyyətin insanların həyatındakı rolu nədən ibarətdir?– İnsanın sivil varlığa çevrilməsində mədəniyyətin hər hansı forması – dünya, ənənəvi, klassik, milli, etnik, multukultural, çağdaş, modern, postmodern, virtual, subkultural, İnternet, şəbəkə və s. istiqamətinin rolu əvəzsizdir. Milli mədəniyyət bizləri – toplumu, cəmiyyəti və dünyada yaşayan soydaşlarımızı bir millət, xalq olaraq digər toplumlardan fərqləndirən əsas amillərdən biridir. Milli mədəniyyət indi insanlara daha çox təsir edir: sni intellekt, virtuallaşma, sosial şəbəkə və İnternet dövründə qlobalıaşma, “klonlaşma” getdiyi bir vaxtda yeni nəsli milli məfkürəli, fəqət planetar düşüncəli, Şərq və Qərb, İslam və xaçpərəst sivilizasiyalarının ən gözəl ənənələrini sintez edərək inkişafına səbəb olmasından ötrü onun xüsusi yeri get-gedə güclənir. Fiziki və mexaniki əmək intellektual-estetik, kulturoloji-kreativ təşəbbüslərlə əvəzləndiyi bir vaxtda milli mədəniyyətin daşıdığı dəyərlər toplusu vətəndaş – dövlət, fərd – cəmiyyət, şəxsiyyət – ölkə münasibətlərinə xüsusi təsir göstərəcək, ciddi geo-siyasi faktora çevriləcək. Mədəniyyət, həm də yeni iş yerlərinin, fərqli biznesin, modern kreativ sənayenin və kulturoloji sərvətlərin yaranmasına təsir göstərəcək rəsmi alət kimi də istifadə edilə bilər.
– Milli Mədəniyyətimizin daha da gözəlləşdirilməsi, onun inkişafı üçün hansı dəyişikliklər edilməlidir? Bu haqda nə düşünürsünüz?– İstər bəşəri, istər milli, istərsə də çağdaş – günümüzdə yaranan mədəniyyət durmadan yenlənməli, fərqli fikirlərin toqquşduğu canlı bir orqanizm kimi hər zaman cəmiyyətin və rəsmi qurumların diqqətində – marağında olmalıdır. XX əsr Azərbaycan mədəniyyətində beyinlər toqquşması nəticəsində böyük uğurlar qazanılıb: “Füyuzat” məktəbi ilə “Molla Nəsrəddin” məktəbi tərəfdarları arasındakı estetik toqquşmalar, Səməd Vurğun – Rəsul Rza davamçılarının poetik yarışmaları, Üzeyir Hacıbəyov – Müslüm Maqomayev, yaxud Toğrul Nərimanbəyov və Səttar Bəhlülzadə art-münaqişələrindən qazanan mədəniyyətimiz, musqimiz, ədəbiyyatımız, incəsənətimiz oldu və dünyaya çıxarılaı mədəniyyət hadisələrimiz yarandı.
1) Mədəniyyət Nazirliyinin İctimai Şurasının əksər üzvünü təcili dəyişmək lazımdır.
2) Xarici mütəxəssislərlə yanaşı, yerli ekspertlərin mədəniyyət Konsepsiyasın hazırlanmasında, işlək mexanizmlərinin tapılmasında, ictimai nəzarət alətlərinin işlənməsində mütləq iştirak etməlidir. Fransız və ya ingilis mütəxəssisi Azərbaycanın ümummilli və yerli əhəmiyyətli, lokal, daha da dərinə varanda, etnik multukultural mədəniyyət hadisələrini anlatmaq heç də asa məsələ deyil. Misal üçün Lənkəran, yaxud Naxçıvanda balet sənətinin inkişafı ilə bağlı, yaxud Tovuzda meyxana, Bakı kəndlərində saz sənəti məktəblərini yaratmaq kimi hansısa məntiqsiz layihənin hazırlanması kimi absurd məsələlər baxımından bunu izah edirik.
3) Kulturologiya, onun tarixi, nəzəriyyəsi, məktəbləri, dünya və yerli – milli mədəniyyət -sivilizasiya yolu ilə bağlı uşaq bağçasından tutmuş ta dokturanturaya qədər fənnlər tədris olunmalı, ayrıca dərsliklər və kitablar nəşrə hazırlanmalı, onların elektron variantları İnternetdə yerləşdirilməlidir.
4) Milli mədəniyyətimizdə əyalətçiliyi, lokal düşüncəni, intellektuallığa söykənməyən istənilən inkişaf enmələri ilə mütləq mübarizə aparmalıyıq. Bunun üçün də mədəniyyət sahəsi üzrə özəl və rəsmi fondların yaradılması, qrant müsabiqələrinin fərdi təqaüdləri təsis edilməsi, xarici estetik mühitlərlə təmasların yaradılması, yaradıcı ezamiyyətlərin təşkili mütləqdir.
5) Mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə sərt rəqabət formalı sosial sifarişlərin verilməsinə ehtiyac var.
6) Mədəni sərvətlərin virtual xəritəsi hazırlanmalı, İnternetdə Azərbaycandilli resursların inkişafı ilə bağlı dövlət roqramı qəbul edilməli, kitabların və mədəniyyət əsərlərinin rəqəmsallaşmasını yekunlaşdırmalı, muzeylərin, teatrların və başqa mədəniyyət ocaqlarının mütləq onlayn/oflayn fəaliyyətləri təşkil olunmalı, yeni yaradıcılıq emalatxanaları təşkil olunmalıdır.
– Azərbaycanın Milli Mədəniyyətinin gələcəkdə necə olmasını istərdiniz? Ümumiyyətlə, Milli Mədəniyyətimizlə bağlı hansı vacib addımlar atılmalıdır?
– Azərbaycan çağdaş milli mədəniyyəti 3 istiqamətdə inkişafı gözlənilir: milli (həm də burada yaşayan xalqların, etnik qrupların yerli estetik-kulturoloji dəyərləri baxımından), qlobal (modernləşməklə multukultural və planetar maştablı texnologiyalarla) və virtual (biz istəsək də, istəməsək də, milli iradəmizdən asılı olmayaraq, İnternet və sosial şəbəkələr, İKT həyatımızın bütün sahələrində olduğu kimi mədəniyyətimizin inkişafına da təsir və təzyiq göstərəcək). Biz bütün dünyada və ölkələrdə gözlənilən bu inkişaf formalarına indidən hazırlaşmalıyıq. Mədəniyyətlərin inteqrasiyası başqa bir problemin predmetidir ki, o bardədə ictimai debatlara ehtiyac var: biz Şərqə, yoxsa Qərbə, milliliyə, yoxsa çağdaşlığa üstünlük verməliyik?!
Feysbuk, İnstaqram, Yutub, Tiktok, bloqqerlik, vaynerlik, sosial media, xalq mediyası, istima təsisatlar, vətəndaş cəmiyyəti, tele-estetika, İnternet texnologiyaları, canlı yayım, videogerlik, fotoqrafiya kimi sahələr mədəniyyətin subyektidirmi, bax bu bardə də baş sındırmaq vacibdir.
– Son olaraq əlavə etmək istədiyiniz digər fikirləriniz varsa buyurun.– Fikirlərimizi bölüşmək üçün bizə yeni imkanlar yaratdığınıza görə minnətdarlığımı bildiriəm. Modernləşmə bütün sahələrdə olduğu kimi milli mədəniyyətimizin indiki və gələcək inkişafında da özünü göstərir. Bu mənada kreativ biznesin inkişafı, mədəniyyət sənayesinin geişləndirilməsi, kulturoloji sərvətlərin art-məhsula çevirərək ölkə büdcəsinə əlavə gəlirlərin gətirilməsi çağdaş modern mədəniyyətimizin əsas inkişaf istiqamətlərindən olmalıdır.
Eləcə də ölkəmizin cənub – Ələt istiqamətində ayrıca Kreativ Yaradıcı Şəhərcik təşkil olunmalıdır: arttexnopark formatlı bu Azad İqtisadi Zonada xalçaçılıq, etnik musiqi alətləri, dulusçuluq, misgərlik, həsirçilik, qamışçılıq kimi milli – folklor nümunələrinin, əl işlərinin , natural, qədimi məhsulların istehsalı, antik zərgərlik, bəzək əşyaların hazırlanması və xaricə ixracını təşkil etmək mümkündür…
Vaxtınızı ayırıb dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkürlərimizi bildiririk.Vəfa Alcanova,
Axın.az