Aprelin 24-də Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində fəlsəfə doktor Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məşhər divanı: Yalanın 17 anı” kitabının təqdimat mərasimi baş tutub.
Axın.az məlumat verir ki, mərasimdə əsərin səhnə təcəssümü nümayiş etdirilib. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, hüquq müdafiəçisi Novella Cəfəroğlu, ölkəmizdə kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, şair Fəxrəddin Meydanlı və digər rəsmi qonaqlar iştirak edib. Tədbirdə İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbəni bir daha qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı, “Məşhər divanı: Yalanın 17 anı” kitabının əhəmiyyəti vurğulanın, onun tarixi hadisələrin sintezindən ibarət olduğu qeyd edilib.
Tədbirin sonunu öz çıxışı ilə bitirən Adəm İsmayıl Bakuvi qələmə aldığı "Məhşər divanı: Yalanın 17 anı" kitabı haqqında tədbir iştirakçılarına məlumat verib və təqdimatda iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Adəm İsmayıl Bakuvi həmçinin şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi də unutmayıb.
Vəfa Alcanova,
Axın.az