Aprelin 27-də yaxınlarının dediyinə görə, 4 yaşlı uşaq gəzintiyə çıxıb - o vaxtdan o, görünmür. Uşağın babası onu sağ-salamat görən sonuncu şəxs olub.
Axtarış elan edilib və hüquq-mühafizə orqanları da qoşulub. Onlar uşağı dünən öz evinin qarajında, paltaryuyan maşının içərisində tapıblar. Oğlan ölmüşdü.
Faktla bağlı “Azyaşlının öldürülməsi” maddəsi ilə cinayət işi başlanıb. Uşağın ailəsi şübhə altındadır. İş faciənin baş verdiyi Buryatiya prokurorluğunun nəzarətindədir. Həmçinin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin yerli müstəntiqə istintaqın gedişi barədə məlumat verməyi tapşırıb.