Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-cı il təvəllüdlü Şükürov Firuz Famil oğlu idarə etdiyi avtomobillə qəza törədib. Nəticədə avtomobil səkiyə çırpılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sifətin əzilmiş yarası diaqnozu qoyulub.