Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il gəlirlərini 192 dəfə artırıb.
Yeniavaz.com xəbər verir ki, Əbülfəs Qarayev ötən ilin may ayında Rusiyada “Korporaçiya ÇE” (ООО “Корпорация ЧE” - ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub.
“Korporaçiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.