Qələbə paradına görə Ukrayna telekanallarının yayımı kəsilib, nasazlıq 18 dəqiqədən sonra aradan qaldırılıb. Rusiyayönlü hakerlər Ukrayna universitetlərinin saytlarında Putinin sitatını dərc etdiyini bildiriblər.
Hakerlər Ukraynanın “StarLightMedia” və “İnter” telekanallarının peyk yayımını sındıraraq Moskvada Qələbə Paradının yayımına başlayıblar, “Detector Media” Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurasına istinadən yazır.
Parad yayımı saat 10:00-dan 10:18-dək davam edib, bundan sonra telekanallar siqnal qəbulunun fərqli üsulu olan IPTV-yə keçib. Milli Şura BMT-nin xüsusi bölməsi - Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əlaqə saxlayacaq.
Odessa teleqram kanalı Odessa INFO, saat 10:10-da paradın "bütün kanallarda" yayımlandığını bildirdi.