Axın.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kral ailəsindən ayrılma qərarı ilə İngiltərənin gündəminə gələn Şahzadə Harri, Vankuver adasına Kanadaya gedərək həyat yoldaşı Meghan Markle və 8 aylıq oğlu ilə görüşdü. Harri və Meganın Kanadada nə qədər vaxt keçirəcəyi hələ məlum deyil.
35 yaşlı Şahzadə Bazar ertəsi günü İngiltərə - Afrika İnvestisiya Sammitinə qatılaraq , son Kral missiyalarından birini reallaşdırdı və Kanadaya köçdü.
Bu sammitdən əvvəl şahzadə Harri ilk dəfə ailədən çıxmaq qərarı ilə bağlı açıqlama vermişdi.
Şahzadə, Afrikada QİÇS olan uşaqların xeyrinə işləyən və onun da təsisçiləri arasında oldugu fondun Londonda qəbulunda danışarkən "Seçim qalmadı" dedi və dolayı yolla medianı günahlandırdı.
Həyatının ən vacib addımını ailəsi ilə birlikdə atmagını və ailəsində zəruri hesab edildiyini bildirən Şahzadə, ailəsini qorumaq üçün bu qərarı aldığını da iddia etdi .
Şənbə günü təfərrüatları açıqlanan yeni əmrə əsasən, Şahzadə Harri və həyat yoldaşı, Sasseksin Qercoqinyası, Qercoqinya Meghan Markle, titullarını tərk edəcək, artıq kraliçanı təmsil etməyəcək və kral vəzifələrini yerinə yetirməyəcəklər.Meghan Markle 10 gün əvvəl Kanadaya qayıtmışdı. Cütlüyün oğulları Archie, May ayında dünyaya gəlib..
Çovğun arxada qaldı və günəş yerdəki ağ təbəqəni bir qədər əridirdi. Dəyişən hava ilə Vankuver adasının gözəlliyi ortaya çıxdı. Cütlüyün burada yaşamaq istəməsi mənim üçün daha aydın oldu.
Buradakı insanlar sakit və xoşüzlüdürlər. Eyni zamanda, Şahzadə Harry və həyat yoldaşı Meghan Markle'nin burada məskunlaşacaqları üçün xoşbəxt olduqları və bir qədər qürur duyduqları görünür. Cütlük daha dinc həyat üçün buraya köçür.
Danışdığım bir qadın, medianın onları tək qoysa, burada sülh tapacağını düşündürür. Kanadalıların onları narahat edəcək birisi olmayacağını göstərir.Kökləri İngiltərəyə gedən Ross adlı şəxs, cütlüklə heç kimin narahat etməyəcəyini düşünür: "Kanadalılar onları görəndə salamlayacaqlar, amma qışqırıb üstlərinə cumayacaqlar ".
Bildirilib ki, cütlük Şahzadə Çarlzın sahib olduğu və 1 milyard funt sterlinq dəyərində olan mülkdən öz paylarını almağı davam etməyi planlaşdırıb. Cütlük veb saytında bildirmişdi ki, Britaniya Kral ailəsinin üzvləri kimi mövcud xərclərinin 95 faizi Şahzadə Çarlz tərəfindən ödənilmişdir.
Şahzadə Çarlz, Şahzadə Uilyam və Ketrin, Şahzadə Harri və Meganın ictimai vəzifələri səbəbiylə çəkilən xərclərdən əlavə bəzi şəxsi xərcləri də öz üzərinə götürür. Bu pul Şahzadə Çarlzın qatıldığı Kornuall Duke portfelindən gəlir.Kanada . vankuver adasından fotoları təqdim edirik .
AXİN.AZ