Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri Ermənistan Dövlət Gəlirləri Komitəsinin departamentlərindən birində axtarışlar aparıb.
Bu barədə “Shamshyan.com” məlumat yayıb.
Məlumata görə, müstəntiqlər genişmiqyaslı əməliyyat-istintaq işləri zamanı Dövlət Gəlirləri Komitəsində korrupsiya faktları aşkar ediblər.
Bundan sonra iki əməkdaş - Kamsar Avetisyan və Volodya Avaqyan saxlanılıb.
Adıçəkilən vəzifəli şəxslərin ofislərində axtarışlar aparılır.