Mali və Burkina Faso sərhədlərinə yaxın Niger ordusuna bağlı hərbi qrup pusquya düşüb.
Axın.az İHA-ya istinadla xəbər verir ki, bu barədə Niger Müdafiə Nazirliyi məlumat verib.
Hadisə nəticəsində 17 əsgər həlak olub, 20 əsgər isə yaralanıb.
Niger ordusunun müdafiəyə keçdiyi və 100-dən çox terrorçunu zərərsizləşdirdiyi bildirilib.
Münaqişənin baş verdiyi yerdə əsgərlərin sürətli reaksiyası və havadan müdaxiləsi ilə düşmənlə mübarizə aparılıb.
Hücumların terror təşkilatları ilə əlaqəli olduğu ehtimal edilir.
Axın.az