Dövlət çevrilişinin baş verdiyi Nigerdə hərbçilərin yaratdığı Milli Şuranın sözçüsü, polkovnik Amadu Abdraman dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
O qeyd edib ki, qonşu dövlətlər Nigerə qarşı silahlı müdaxiləyə hazırlaşırlar və ölkəyə hücum olacağı təqdirdə onlar döyüşməyə hazırdırlar.
“Milli Şura bu proksi müharibəyə hazırlıqları diqqətlə izləyir. Ölkənin müdafiəsi üzrə Milli Şura bəyan edir ki, öz ərazisindən Nigerə qarşı hərbi əməliyyatlar aparan istənilən dövlət təcavüzkar kim qəbul olunacaq və həmən ölkə hərbi əməliyyatların iştirakçısı sayılacaq”, - polkovnik Amadu Abdraman öz müraciətində vurğulayıb.