Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər ölkənin hava məkanının qismən bağlandığı barədə bəyanat veriblər.
Həmçinin devrilmiş prezident Mohamed Bazumun vəzifəsinə bərpası üçün son müddətin bazar günü başa çatması ilə bağlı xarici güclər tərəfindən hücum ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Söhbət Qərbi Afrika qonşularının təyin etdiyi son tarixdən gedir ki, bu müddətdə Nigerə müdaxilənin mümkünlüyü barədə bəyanatlar verilib. Hələlik hərbi əməliyyatla bağlı hər hansı xəbərlər daxil olmayıb.
Bununla belə, çevriliş liderləri iddia edirlər ki, onlara qarşı bu qəbildən aksiyalar hazırlanır.
Xuntanın nümayəndəsi Amadou Abdraman “Tele Sahel” dövlət televiziyasının efirində bildirib ki, bu müharibənin başlanması ilə bağlı artıq planlaşdırılma aparılıb və iştirak edəcək qüvvələrin ilkin olaraq iki Mərkəzi Afrika ölkəsində yerləşdirilməsinə başlanılıb.
Lakin o, başqa təfərrüatları açıqlamayıb.