Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 48 350 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 997 tank, 4 345 zirehli döyüş maşını, 1115 artilleriya sistemi, 287 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 851 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 239 avtomobil texnikası və avtosistern, 104 xüsusi texnikadan ibarətdir.